Polyakov Bakıya premyeraya gəldi - Foto

polyakov-bakiya-premyeraya-geldi
Oxunma sayı: 1089

Akademik Milli Dram Teatrında “Sinif yoldaşları” tamaşasının premyerası olub. 

“Qafqazinfo” xəbər verir ki, premyerada əsərin müəllifi Yuri Polyakov, Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva, Mədəniyyət naziri Əbülfəs Qarayev, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla və başqaları iştirak edib.

Məşhur rus yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı pyesi əsasında hazırlanan səhnə əsəri melodram janrındadır. 

Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Ceyran Həsənlidir.