Pomidor və xiyarın qiyməti niyə ucuzlaşmır?

pomidor-ve-xiyarin-qiymeti-niye-ucuzlasmir
Oxunma sayı: 782

Ötən ilin bu dövründə 30-40 qəpiyə satılan pomidor və xiyarın qiyməti bazarlarda demək olar ki, ikiqat bahalaşıb.

“Qafqazinfo” Xəzər TV-yə istinadən məlumatına görə, ən ucuzu 70 qəpikdən başlayan pomidor məhsulu hətta bəzi yerlərdə 4 manata satılır. 

Qiymət artımını satıcılar da təsdiqləyir. Səbəbini isə hərə bir cür izah edir. Xiyarın qiymətləri isə ən aşağı 50 qəpikdən başlayır.

Yuxarı qiyməti isə hətta 3 manata olanı da var. Alıcılar da son günlər pomidor və xiyarın qiymətlərində bahalaşma olduğunu bildirirlər.

Ortaq fikir isə ondan ibarətdir ki, qiymətlərin bahalaşması bu il xiyar və pomidorun məhsuldarlığının aşağı olması və xaricə ixracın artması ilə əlaqədardır.