Pomidordan zəhərləndilər - İki uşaq öldü

pomidordan-zeherlendiler-iki-usaq-oldu
Oxunma sayı: 654

1968-ci il təvəllüdlü İsmayılov Məhəddin Hüseyn oğlu, onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü İsmayılova Tərlan Həsən qızı, qızı - 1991-ci il təvəllüdlü Dürdanə İsmayılova, oğlanları - 1994-cü il təvəllüdlü Xaləddin İsmayılov və qohumu 1962-ci il təvəllüdlü Kərbəlalıyev Arzuman İnşallah oğlunun vəziyyəti isə ağır olaraq qalır.

***


12 Dekabr 2012 11:00


Bu gün Ağdam rayonunda bir ailə qidadan zəhərlənib. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Mirzəli yatağı kimi tanınan ərazidə məskunlaşmış Şuşa rayonundan məcburi köçkün olan İsmayılov Məhəddin Hüseyn oğlu, onun qızı İsmayılova Səyalı, oğlanları Xaləddin və Seyfəddin ağır vəziyyətdə Ağcabədi rayon xəstəxanasına yerləşdirilib. Onlardan Seyfəddin İsmayılov xəstəxanaya daxil olduqdan az sonra keçinib. Ata, qızı və digər oğlunun isə vəziyyəti ağırdır.

İlkin məlumata görə, ata və övladları dekabrın 11-də axşam saatlarında yeməklə birgə pomidor turşusu yeyib. Onlar elə həmin pomidordan zəhərlənib.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.