Pompeo Salmana 72 saat vaxt verib - Görüşün detalları üzə çıxdı

pompeo-salmana-72-saat-vaxt-verib
Oxunma sayı: 3059

Ərəb jurnalist Camal Qaşıqçı məsələsi ilə bağlı 16 oktyabrda Səudiyyə Ərəbistanına səfər etmiş ABŞ dövlət katibi Mayk Pompeonun vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşünün detalları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, Pompeonun görüşdə Qaşıqçı məsələsi ilə bağlı aparılan istintaqın yekunlaşdırılması üçün Salmana 3 gün vaxt verdiyi iddia edilib.

Məsələnin həll edilməyəcəyi təqdirdə S.Ərəbistanının ciddi sanksiyalara məruz qalacağı barədə xəbərdarlıq edildiyi də bildirilib.

Verilən vaxtın bitməsindən sonra ABŞ-ın atacağı addım da dəqiqləşəcək.

Qeyd edək ki, Camal Qaşıqçının 2 oktyabrda S.Ərəbistanının İstanbuldakı konsulluq binasında qətlə yetirildiyi və hissələrə bölünərək daşındığı iddia edilir.