Pompeo Səudiyyəyə əlavə cəza verilməsinə ehtiyac olmadığını açıqlayıb

pompeo-seudiyyeye-elave-ceza-verilmesine-ehtiyac-olmadigini-aciqlayib
Oxunma sayı: 678

ABŞ dövlət katibi Mayk Pompeo ərəb jurnalist Camal Qaşıqçının qətlə yetirilməsi ilə bağlı Səudiyyə Ərəbistanına əlavə cəza verməyə ehtiyac olmadığını bildirib.

“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, o, 21 səudiyyəli məmura sanksiya tətbiq etdilməsinin kifayət etdiyini vurğulayıb.

Pompeo Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın cinayətdə əlinin olub-olmamasına münasibət bildirməkdən isə yayınıb:

“Səudiyyə Ərəbistanı ilə önəmli əməkdaşlığımız var və əməkdaşlıq ABŞ-ın təhlükəsizliyinə xidmət edib. Əlaqələrimizi dava etdirmək niyyətindəyik”.