Poroşenko 2 məsləhətçisini işdən çıxardı

porosenko-2-meslehetcisini-isden-cixardi
Oxunma sayı: 1084

Ukraynanın hazırki prezidenti Petro Poroşenko ştatdankənar iki məsləhətçisini işdən azad edib.

“Qafqazinfo” xəbər verir ki, Sergey Berezenko ilə Rostislav Pavlenkonun işdən azad edilməsi ilə bağlı məlumat prezidentin saytında dərc olunub.

Pavlenko 2014-cü, Berezenko isə 2015-ci ildə bu posta təyin edilmişdi. 

Qeyd edək ki, bundan əvvəl Poroşenkonun daha bir köməkçisi Yuriy Biryukov istefa verdiyini açıqlamışdı.