Poroşenko deputat toxunulmazlığının ləğvini istədi

porosenko-deputat-toxunulmazliginin-legvini-istedi
Oxunma sayı: 1365

Ukrayna prezidenti Petro Poroşenko 2020-ci ilin yanvarın 1-dən deputat toxunulmazlığının ləğv edilməsi üçün Ali Radaya müraciət edib.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, prezident bununla bağlı parlamentə qanun layihəsi təqdim edib. Əgər layihə qəbul edilərsə, deputatları cinayət məsuliyyətinə cəlb etmək üçün Ali Radanın razılığını almağa ehtiyac qalmayacaq. 

Qeyd edək ki, bu gün Kiyevin mərkəzində minlərlə insanın iştirakı ilə Ali Rada qarşısında etiraz aksiyası keçirilir. Onlar deputat toxunulmazlığının ləğvini tələb edirlər.