Poroşenko Donbasın reinteqrasiyası haqqında qanunu imzaladı

porosenko-donbasin-reinteqrasiyasi-haqqinda-qanunu-imzaladi
Oxunma sayı: 1405

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.  
 
“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Poroşenko bildirib ki, müvafiq qanun bundan sonra Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün  hüquqi mexanizmi təmin edəcək. 

Ukrayna lideri müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi dair təklifi aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.   

Qeyd olunur ki, sənəd rəsmi nəşr “Qolos Ukrainı” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.