Poroşenko hərbi vəziyyət elan etməsinin səbəbini açıqladı

porosenko-herbi-veziyyet-elan-etmesinin-sebebini-aciqladi
Oxunma sayı: 1980

“Ukrayna Rusiya ilə tammiqyaslı müharibə təhlükəsi altındadır”.

“Qafqazinfo” “Rentv”yə istinadən xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Petro Poroşenko müsahibəsində deyib.

Onun sözlərinə görə, son bir neçə ayda Rusiya hərbi texnikasının sayını artırıb. Poroşenko məhz “münaqişənin eskalasiyasından qaçmaq üçün” ölkədə hərbi vəziyyət elan etdiyini deyib. 

Qeyd edək ki, noyabrın 25-də Kerç boğazında Ukrayna gəmilərinin Rusiya tərəfindən atəşə tutulmasından sonra ölkədə 30 günlük hərbi vəziyyət elan olunub.