Poroşenko kütlənin o sualı qarşısında qaçmağa məcbur oldu - Video

porosenko-kutlenin-o-suali-qarsisinda-qacmaga-mecbur-oldu
Oxunma sayı: 650

Prezident Petro Poroşenko siyasi repressiya qurbanlarının Xatirə günündə ukraynalıların etirazı ilə qarşılaşıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Bıkovne qəsəbəsində xatirə kompleksinin ətrafında gözlənilmədən narazı kütlə prezidenti fitə basıb və ona suallar ünvanlayıb. 

Poroşenkoya “necə olur ki, Avropanın ən kasıb ölkəsinin ən varlı prezidenti olur” sualını versələr də, o, cavablandırmadan tələsik xanımı ilə ərazidən uzaqlaşıb. Kütlə prezidentin arxasınca “Biyabırçılıq” şüarları səsləndirib.