“Poroşenko məndən çox qorxur, çünki...”

porosenko-menden-cox-qorxur-cunki
Oxunma sayı: 2073

Gürcüstanın eks-prezidenti, Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili hesab edir ki, Ukrayna prezident Petro Poroşenko ondan qorxur.

“Qafqazinfo” xəbər verir ki, Saakaşvili məhz bu səbəbdən Ukraynadan Polşaya qovulduğunu bildirib:

“Məni Ukraynadan fiziki olaraq yoxa çıxararaq Poroşenko hesab edir ki, əsas siyasi rəqibindən xilas oldu. O, məni vətəndaşlıqdan məhrum etdi, uydurma iddialarla Ukraynaya buraxmadı. Poroşenko məndən çox qorxur. Ona görə yox ki, mənim ordum və pulum var, ona görə ki, məni almaq mümkün deyil. 
Mən Odessada onunla razılaşmaqdan, onun zülmlərinə və korrupsiya əməllərinə göz yummaqdan imtina etdim”.