Poroşenko NATO-da boş zal üçün çıxış edib - Foto

porosenko-nato-da-bos-zal-ucun-cixis-edib
Oxunma sayı: 2314

Ukrayna prezidenti Petro Poroşenkonun NATO baş katibi Yens Stoltenberqlə birgə brifinqində xoşagəlməz vəziyyətə düşdüyü iddia edilir.

“Qafqazino” xəbər verir ki, “Taymer” nəşrinin baş redaktoru Yuri Tkaçev feysbuk hesabında prezidentin boş zal üçün çıxış etdiyini əks etdirən foto paylaşıb. O, şəklə “Ukrayna-NATO: Sizin fikirləriniz bizim üçün vacibdir” şərhini yazıb. Kadrda sammit keçirilən zalda yalnız bir neçə fotoqrafın olduğu görünür. Bəzi izləyicilər isə bildiriblər ki, görüntü prezidentin çıxışına hazırlaşdığı zaman çəkilib və həmin vaxt hər kəs nahar fasiləsində olub.

Aysel Kərimova