Poroşenko növbəti prezident seçkilərində namizədliyini verəcək

porosenko-novbeti-prezident-seckilerinde-namizedliyini-verecek
Oxunma sayı: 923

Petro Poroşenko aprelin 21-də keçirilmiş prezident seçkilərinin ikinci turunda Vladimir Zelenskiyə məğlub olduqdan sonra Kiyevdə onun tərəfdarlarının aksiyası başlayıb.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, mitinq iştirakçılarına müraciət edən Poroşenko siyasətdən getmədiyini və növbəti prezident seçkilərində namizədliyini irəli sürəcəyini bəyan edib. O, ukraynalıları yaxın gələcəkdə ümumi qələbə üçün birləşməyə çağırıb:

“Biz birlikdə hələ parlament seçkilərində qalib gələcəyik və növbəti prezident seçkilərindən sonra yenidən küçələrə qayıdacağıq”.