Poroşenko oğlunu danladı, o isə anasının verilişində... - Video

porosenko-oglunu-danladi-o-ise-anasinin-verilisinde
Oxunma sayı: 687

Ukrayna prezidenti Petro Poroşenkonun kiçik oğlu Mixail anası Mariya Poroşenkonun apardığı “İdman dünyasında” adlı səhər proqramının çəkilişinə qatılıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, o, verilişə atasının qınağından sonra üzərində “Ukraine” yazılmış ti-şörtlə qatılıb.

Mixaildən başqa proqramda onun bacıları Yevgeniya və Aleksandra da iştirak edib. Qızlar isə üzərində heç bir yazı olmayan sadə ti-şört geyiniblər. 

Xatırladaq ki, mayın əvvəllərində sosial şəbəkələrdə Mixail Poroşenkonun üzərində “Russia” yazılmış ti-şörtlə çəkilmiş fotosu yayılmışdı. Bu, internet istifadəçiləri arasında byük səs-küyə səbəb olmuşdu. Poroşenko isə açıqlamasında bildirmişdi ki, şəkil Halloween bayramı zamanı çəkilib.