Poroşenko səhvən Lavrovun otağına girdi - “Yəqin, tualetlə səhv salıb”

porosenko-sehven-lavrovun-otagina-girdi
Oxunma sayı: 2868

Ukrayna prezidenti Petro Poroşenko BMT Baş Assambleyasında səhvən Rusiya nümayəndə heyətinin otağına daxil olub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, qapını səhv salan Poroşenko XİN başçısı Sergey Lavrovun danışıqlar üçün nəzərdə tutulan otağına girib və bir neçə saniyə sonra oranı tərk edib. Rusiyalı jurnalistlərin sualına cavab olaraq isə xəbəri “feyk” adlandırıb. 

Rusiya XİN başçısı isə xəbərə zarafatla reaksiya verərək “Yəqin, tualetlə səhv salıb” deyib.