Poroşenko ukraynalılardan üzr istədi

porosenko-ukraynalilardan-uzr-istedi
Oxunma sayı: 4089

Ukrayna prezidenti Pyotr Poroşenko 2014-cü ildə Donbasda hərbi əməliyyatları “bir neçə saata” sona çatdıracağı ilə bağlı verdiyi vədə görə xalqdan üzr istəyib.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, prezident bu sözlərin 4 il əvvəl hansı konteksdə deyilməsinin elə də əhəmiyyətli olmadığını, insanların bu vədi müharibənin dərhal sona çatması imkanları kimi dəyərləndirdiklərini deyib:

“Həyata keçməyən vədə görə səmimi qəlbdən üzr istəyirəm. Təəssüf ki, insanlara həyata keçməyən ümid verdim”.
Poroşenko bildirib ki, bu situasiya ona vədlərinə və sözlərinə ciddi yanaşmaq üçün “böyük dərs” verdi.