Poroşenko Zelenskiyə bir neçə məsləhət verdi

porosenko-zelenskiye-bir-nece-meslehet-verdi
Oxunma sayı: 1491

Ukrayna prezidenti Petro Poroşenko postu təhvil verməyə hazırlaşdığı Vladimir Zelenskiyə bir neçə məsləhət verib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, Poroşenko, birinci növbədə, ölkənin Avropa Birliyinə (AB) inteqrasiyası kursunu davam etdirməyi məsləhət görüb.

Bundan başqa, o, Zelenskiyə Rusiyaya sanksiya təzyiqini gücləndirməyi, AB ilə müxtəlif istiqamətlərdə, o cümlədən rəqəmsal texnologiya, gömrük və enerji ittifaqları sahəsində işləməyi tapşırıb.

Poroşenko Zelenskinin əsas vəzifəsi kimi isə Ukraynanın AB-yə daxil olması üçün bütün şəraiti yaratmağı deyib.