Poroşenkodan Putinə müraciət - “Sən...”

Poroşenkodan Putinə müraciət
Oxunma sayı: 3530

Ukrayna prezidenti Petro Poroşenko ölkənin şərqindəki konfliktə görə Rusiya dövlət başçısı Vladimir Putinin məsuliyyət daşıdığını bildirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Poroşenko Ukrayna telekanallarına müsahibəsi zamanı Donbassda sülhməramlıların olmasının vacibliyindən danışıb.

“Hazırki vaxtda elə bir atmosfer yaranıb ki, sülhməramlılar lazımdır və onlarsız mümkün deyil. Putin dünyaya bunun əleyhinə olduğunu izah edə bilmir. Deməli hər gün hərbçilərin və mülki vətəndaşların ölümünə və yaralanmasına görə məsuliyyət sənin üzərinə düşür. Sən ölkəmizə qarşı müharibə və təcavüzə görə məsuliyyət daşıyırsan”,- deyə Poroşenko söyləyib.

Onun sözlərinə görə, rusiyalı həmkarı hərbçilərin və mülki vətəndaşların ölümünün qarşısını ala bilər.

“Sən (Rusiya prezidenti Vladimir Putin-red) bunu çox asanlıqla edə bilərən-sadəcə veto hüququndan (BMT Təhlükəsizlik Şurasında-red) istifadə etməməklə”,- deyə Ukrayna prezidenti bildirib.

Poroşenkonun sözlərinə əsasən, artıq 40-dan çox ölkə sülhməramlı xidmətdə iştirak etməyə hazır olduğunu bildirib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi