Poroşenkonu əvəzləyə biləcək şəxslərin adları - Açıqlandı

Poroşenkonu əvəzləyə biləcək şəxslərin adları
Oxunma sayı: 61

Ukrayna prezidenti Petro Poroşenkonun postuna bu 3 şəxsdən biri -ölkənin baş prokuroru Yuriy Lutsenko, baş nazir Vladimir Qroysman və radikal partiyanın lideri Oleq Lyaşko keçə bilər.

“Qafqazinfo”nun məlumatına görə, bu barədə “Russkaya vesna” portalına müsahibəsində Ali Radanın eks-deputatı Oleq Çarev bildirib.

“Poroşenko seçkilərdə uduzacağı təqdirdə öz yerinə bir neçə nəfəri namizəd görür. İlk növbədə, bu, Lutsenkodur. O, söz verib ki, qalib olsa öz rəhbərinə bütün səhmlərini verəcək, daima onu dəstəkləyəcək. Eləcə də Qroysman və Lyaşko da namizədlər sırasındadır”, - deyə O. Çarev vurğulayıb.

Xatırladaq ki, P. Poroşenko 2014-cü ilin mayında keçirilən seçkilərdə Ukrayna prezidenti seçilib. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi