Poroşenkonun impiçmenti üçün qanun layihəsi hazırlanır

porosenkonun-impicmenti-ucun-qanun-layihesi-hazirlanir
Oxunma sayı: 639

Ukrayna Ali Radasının bir neçə fraksiyası prezident Petro Poroşenkonun impiçmenti prosesinə başlamağı planlaşdırır. “Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” saytı “Batkivşina” partiyasındakı mənbəsinə istinadən məlumat yayıb. 

Prosesin təşəbbüskarı partiya lideri Yuliya Timoşenkodur. 

Poroşenkonun impiçmenti ideyasını müxalif blok və “Özünəyardım” partiyası, həmçinin bir sıra fraksiyadan olmayan deputatlar dəstəkləyib. 

Mənbə bildirib ki, sonda təşəbbüsü Oleq Lyaşkonun Radikal partiyası da dəstəkləyəcək. 

Poroşenkonun impiçmenti üçün minimum 6 səbəb olduğunu deyən mənbə bunlardan ən önəmlisi kimi prezident səlahiyyətlərinin yerinə yetirilməməsini göstərib. 

Lakin impiçment prosedurun başladılması üçün konstitusiyada müvafiq qanunun olmaması hazırda bu prosesə başlamağı mümkünsüz edir. İmpiçmentin tətbiqi üçün qanunda dəyişikliklər labüddür. Artıq müvafiq qanun layihəsi Radaya təqdim edilib və yaxın günlərdə ona baxılacaq.