Poroşenkonun keçmiş adamları sorğuya çağırıldı

porosenkonun-kecmis-adamlari-sorguya-cagirildi
Oxunma sayı: 1631

Ukrayna Baş Prokurorluğu ötən gün prezident seçkilərində uduzmuş Petro Poroşenkoya yaxın olan məmurları “Kurtsenko işi” ilə bağlı dindirilməyə çağırıb.

“Qafqazinfo”nun “Lenta.ru”ya istinadən xəbərinə görə, bildirişlər Ukrayna Prezident Administrasiyanın keçmiş rəhbəri Boris Lojkin, PA rəhbərinin müavini Aleksey Filatov və Ukrayna Milli Bankının eks-rəhbəri Valeri Qontarevə göndərilib. 

Onların hər biri 23-25 aprel tarixlərində şübhəli qismində sorğulanacaq. 

Qeyd edək ki, ukraynalı oliqarx Sergey Kurtsenko sabiq prezident Viktor Yanukoviçlə Ukrayna dövlətçiliyinə qarşı təhlükəli cinayətlərdə ittiham olunur. Yüksək səviyyəli məmurlar daxil olmaqla 98 nəfər bu işin fiqurantı hesab olunur.