“Poroşenkonun ofşor zonalarda 8 milyard dolları var” - Amerikalı biznesmen

porosenkonun-ofsor-zonalarda-8-milyard-dollari-var
Oxunma sayı: 1399

Amerikalı biznesmen Sem Kislin Ukraynaya girişinə qoyulan qadağanın səbəbini açıqlayıb.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, iş adamının iddiasına görə o, Ukrayna prezidenti Petro Poroşenkonun korrupsiya sxemini ifşa etdiyindən qadağa ilə üzləşib:

“Mən şəxsən Poroşenko və onun bandası üçün təhlükəli şəxs hesab edilirəm. Nəticədə heç bir səbəb olmadan ölkəyə girişimi qadağan etdilər”.

Kislin onu da vurğulayıb ki, hazırda Poroşenkonun ofşor zonalardakı var-dövləti 8 milyard dollara yaxındır.