Poroşenkoya göndərdiyi məktubun mətnini açıqladı

porosenkoya-gonderdiyi-mektubun-metnini-aciqladi
Oxunma sayı: 2460

Odessanın eks-qubernatoru Mixail Saakaşvili Ukrayna prezidenti Petro Poroşenkoya göndərdiyi məktubun mətnini açıqlayıb.

“Qafqazinfo” Ukrayna KİV-nə istinadən xəbər verir ki, Saakaşvili ZİK telekanalının efirində bildirib ki, o, qalib birinin, haqlı olduğunun fərqində olan insanların etməli olduğunu edib.

“Mən ona dedim ki, siz məni yanlış olaraq ittiham etdiniz. Siz bilməmiş olmazsınız ki, məni rus agenti adlandırmaq təhqirdir. Mənə dedilər ki, bir neçə gün sonra prezident görüşməyə hazırdır. Lakin mən dedim: “Yox, belə olmaz. Mən harasa arxa qapıdan daxil olacaq insan deyiləm””. 

Siyasətçi Poroşenko ilə ictimaiyyətə açıq dialoqda israrçı olduğunu əlavə edib. 

Qeyd edək ki, daha əvvəl Saakaşvili prezidentə barışıq məktubu göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib etmişdi.