Porsche Design Mate 20 RS modeli hansı imkanlara sahibdir?

Porsche Design Mate 20 RS modeli hansı imkanlara sahibdir?
Oxunma sayı: 756

Huawei şirkəti ötən ilin oktyabr ayında yeni flaqman modeli olan Mate 20 Pro smartfonunu təqdim etdi. Bir neçə ay sonra isə şirkət yeni premium model olan və Porsche Design ilə əməkdaşlıq şəraitində birgə istehsal etdiyi tam yeni bir lüks Huawei Porsche Design Mate 20 RS modelinin təqdimatını keçirdi.

Dünyanın yalnız bir neçə regionunda təqdim olunmuş və məhdud sayda ölkələrdə satışa çıxarılmış Huawei Porsche Design Mate 20 RS lüks modeli özündən əvvəlki lüks model olan smartfonlardan texniki xüsusiyyətlərinə görə daha üstün imkanlara sahibdir. Bəs bu üstün imkanlar nədən ibarətdir? Hazırda bu imkanları nəzərdən keçirək.

Əslində məhdud sayda istehsal olunmuş Porsche Design Mate 20 RS modeli özündən əvvəlki model Mate 20 Pro-nun bütün texniki imkanlarını əxz edib. Bunların sırasında dünyada ilk süni intellekt texnologiyalı 7 nanometrlik texnoloji proses əsasında hazırlanmış HiSilicon şirkətinin 8 nüvəli Kirin 980 prosessoru,  Android P əsaslı EMİU 9.0 əməliyyat sistemi, 4200 mAh gücə sahib enerji akkumlyatoru, Huawei SuperCharge (40 W) 10 V/4A adapteri, simsiz enerji yığmaq üçün Huawei Wireless Quick Charge 15 W qurğusu, 40, 20 və 8 meqapiksellik 3 arxa kamera və 24 meqapiksellik 1 ön kamera, 3 D üz tanıma, eləcə də barmaq izi tanıma sistemi ilə üstün biometrik təhlükəsizlik sistemləri, IP 68 standartı ilə toz və sudan mühafizə imkanı və s. xüsusiyyətlər vardır. Lakin Mate 20 Pro-dan fərqli olaraq Porsche Design Mate 20 RS modeli 8 GB RAM və 256 GB daxili yaddaş yerinə sahibdir.

Mühüm fərq əslində dizaynda öz əksini tapıb. Lüks seqmentə daxil olan Porsche Design Mate 20 RS premium modeli arxa hissədə kamera yerində heç bir qabarıqlığa, çıxıntıya malik deyil, arxa hissə hər iki tərəfdən təbii dəri ilə örtülüb və bu əl işidir. Kameraların olduğu orta hissə şüşədir və bu hissədə yuxarıdan aşağıyadək nazik yarış zolağını xatırladan zolaqlar vardır. Premium model yalnız qara və qırmızı rənglərdə istehsal olunub.

Qeyd edək ki, dünya üzrə Çin istisna olmaqla çox məhdud sayda ölkələrdə (BƏƏ, Səudiyyə Ərəbistanı, Sinqapur, B.Britaniya, Qatar və s.) satışa çıxarılmış bu model Qafqaz ölkələri və Belarus Respublikasını əhatə edən regionda yalnız Azərbaycanda satışa çıxarılıb və eksklüziv olaraq Baku Electronics mağazalar şəbəkəsində satılır.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi