“Porsche Servis”dən bahar təklifi - Üçü birində cəmi 123 manata

porsche-servisden-bahar-teklifi
Oxunma sayı: 1219

Ənənəvi olaraq Porsche Azərbaycan şirkəti bahar kampaniyasına start verir. Kampaniya çərçivəsində 15 aprel tarixinədək 2014-cü ilə qədər bütün Cayenne modellərinə yağ dəyişmə, elektron diaqnostika və ümumi texniki baxış sadəcə 123 manata həyata keçiriləcək.

Porsche Servisin iş prinsipləri, rəsmi servisin üstünlükləri və alınmış avtomobilin təkrar satış zamanı yüksək qiymətinin qoruyub saxlama yolları barədə Porsche Bakı Mərkəzinin servis müdiri Elvin Övsətov “Qafqazinfo”ya öz fikirlərini bölüşüb.

 - Bütün dünya üzrə olan çoxsaylı Porsche sevərlər bu avtomobillərin yarış trekində doğulduğuna heç bir şübhə etmirlər. Bu, onların sadəcə dinamik olduğundan irəli gəlmir. Yüksək texnoloji bir orqanizm olan avtomobilin yaradılması üçün komandanın saat kimi dəqiq işləyən birgə işi tələb olunur. Bu işdə hər bir saniyənin öz hökmü var. Əsas isə - sonda yüksək nailiyyətlər və mükəmməl nəticə əldə etməkdir. Porsche servisin işinin təşkilində də biz bu prinsiplərə arxalanırıq. Bizim müştərilər müstəsna avtomobillə yanaşı həm də yüksək keyfiyyətli texniki xidmətə sahib olurlar. Sirf Porsche üslubunda.
Porsche kimi texniki cəhətdən mükəmməl avtomobilə xidmət də müvafiq olmalıdır – yalnız rəsmi servisdə təşkil oluna bilən.

Porsche-nin yüksək ixtisaslı ekspertləri dünyanın müxtəlif ölkələrində yerləşən təlim mərkəzlərində hər gün təlimlər keçir. Bu təlimlərdə digər ölkələrin idxalçılarının servis mütəxəssisləri ilə yanaşı, Porsche Bakı Mərkəzində çalışan ustalar da mütəmadi olaraq iştirak edir. Təlimlər servis əməkdaşları üçün Porsche şirkəti tərəfindən hazırlanan ixtisas artımı proqramları çərçivəsində həyata keçirilir. Bu işdə idman avtomobillərinin 70 illik istehsal tarixinə arxalanan təcrübədən istifadə olunur.

Rəsmi servisin digər bir üstünlüyü – xüsusi avadanlıq və alətlərin istifadə edilməsidir. Axı ustanın peşəkarlığı həm də onun işlətdiyi alətlərdən asılıdır. Bizim mərkəz servisin keyfiyyətli işini təmin etməsi üçün tələb olunan bütün lazımi avadanlıqlara malikdir. Misal üçün, daim onlayn yenilənən avtomobilin nasazlıq kodlarının oxunması və silinməsi üçün diaqnostik tester. Və ya asqı sisteminin diaqnostika stendi. Bu kimi digər xüsusi avadanlıq və alətlərə qeyri-rəsmi servis mərkəzlərində rast gəlmək əlbəttə ki, olmur.

Rəsmi servis olaraq biz hər zaman orijinal ehtiyat hissələrinə üstünlük veririk. Onların sayəsində siz avtomobilinizin hətta texniki xidmət və təmirdən sonra belə unikallığını qoruyub saxlamış olursunuz. Onların hamısı Porsche-nin yüksək standartlarına cavab verərək sizin Porsche avtomobilinizin yüksək təhlükəsizliyini, etibarlılığını və dəyərini qoruyub saxlayır. 

Sonuncuya gəldikdə, bunu xüsusilə qeyd etmək istəyirəm. Porsche avtomobilləri sadəcə avtomobil deyil, onlar bir xəyaldır. Və onun öz dəyərini nə qədər çox saxlayacağı texniki xidmətin keyfiyyətindən asılıdır. Avtomobilinizə rəsmi servisdə xidmət göstərməklə siz, onu uzun müddət mükəmməl vəziyyətdə saxlayıb, onu idarə etməkdən həzz almağa davam edəcəksiniz. Və əgər haçansa siz onunla ayrılmaq istəsəniz belə, onun potensial yeni sahibi ilk növbədə avtomobilin harada texniki xidmət göstərildiyi ilə maraqlanacaq. Odur ki, rəsmi servisdə xidmət hər tərəfdən sərfəlidir.