“Porşe” bu avtomobillərin istehsalını dayandırır

porse-bu-avtomobillerin-istehsalini-dayandirir
Oxunma sayı: 2981

Almaniya məşhur avtomobil istehsalçısı “Volkswagen AG” konserninin lüks brendi “Porşe” radikal qərar alıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, şirkət hibrid avtomobillərə tələbin artması səbəbindən dizel avtomobillərin istehsalını dayandıracağını açıqlayıb.

Bildirilib ki, bu istiqamətdə 2022-ci ilə qədər 6 milyard avro investisiya yatırılacaq. Lakin, dizel mühərrikli “Porşe” avtomobillərinə xidmət davam etdiriləcək.

Qeyd edək ki, “Porşe” ilk dizel avtomobilini 10 il öncə satışa buraxıb.