Portmanın arxiv fotosunu yaydı - Sevgili qalmaqalı...

Portmanın arxiv fotosunu yaydı
Oxunma sayı: 1032

Hollivud ulduzu Natali Portmanla musiqiçi Mobi arasında qalmaqal yaranıb.  “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb diceyin Natali ilə bağlı açıqlaması olub. 

O, “Then It Fell Apart” adlı  kitabında “Oskar” mükafatçısı ilə 20 il əvvəl sevgili olduğunu qeyd edib.  Natali isə “Harper's Bazaar” jurnalına danışaraq  iddiaları qəbul etməyib:

“Mən fərqli bir şey xatırlayıram. Liseydən məzun olduğum dövrdə məndən yaşca böyük biri məni narahat edirdi. Hər dəfə mənə yaxınlaşırdı. Bundan xoşum gəlmirdi”. 

Sözügedən açıqlamadan sonra Mobi instaqram səhifəsində Natali ilə şəklini yayaraq belə şərh yazıb: “Natali məni təəccübləndirdi. Əslində isə sevgili olmuşuq. 1999-ci ildə qısa  münasibətimiz oldu, daha sonra dost olaraq həyata davam etdik. Onu çox istəyirəm, ağlına hörmət edirəm. Ancaq həqiqəti niyə boynuna almır? Bizim hələ çox şəkillərimiz var, kitabımda yer alıb”. 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi