Portuqaliya Avropa çempionu oldu

Portuqaliya Avropa çempionu oldu
Oxunma sayı: 1053

Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatı başa çatıb.

“Qafqazinfo” xəbər verir ki, final qarşılaşmasında Portuqaliya və İspaniya üz-üzə gəlib.

Oyunun 1-ci dəqiqəsində Rikardinyo hesabı açaraq Portuqaliyanı önə çıxarıb. 19-cu dəqiqədə Tolranın və 32-ci dəqiqədə Linin qolu sayəsində ispanlar hesabda önə keçib. Bütün qüvvə ilə irəli atılan portuqallar 39-cu dəqiqədə istəklərinə çatıblar. Bruno Koelyo fərqlənərək, mübarizənin taleyini əlavə vaxta daşıyıb.

Əlavə vaxtda Bruno Koelyo yenə fərqlənərək Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb. İspaniya isə gümüş medalla kifayətlənib.

Qeyd edək ki, turnirdə 3-cü yeri Rusiya millisi tutub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi