Portuqaliya Azərbaycana qarşı kimlərlə oynayacaq?

portuqaliya-azerbaycana-qarsi-kimlerle-oynayacaq
Oxunma sayı: 647

Əvvəlcədən gözlənildiyi kimi İngiltərənin “Mançester Yunayted” klubunun yarımmüdafiəçisi Nani zədə üzündən bu matçları buraxacaq. Naninin olmadığı siyahıda 7 hücumçunun cəlb edilməsi diqqəti çəkir. Sərəncamında Kriştianu Ronaldo kimi ön xətt oyunçusu olan Bentu daha 6 forvarda ehtiyac duyub. Bu da komandanın səfərdə hücum futbolu oynayaraq n 6 xal qazanmaq iddiasından irəli gəlir.

Qapıçılar: Rui Patrisio (“Sportinq”), Beto (“Sevilya”, İspaniya), Eduardo (“İstanbul BB”, Türkiyə)

Müdafiəçilər: Joao Pereyra (“Valensiya”, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real”, İspaniya), Silvio (“Deportivo”, İspaniya), Bruno Alveş, Luiş Neto (hər ikisi “Zenit”, Rusiya), Sereno (“Valyadolid”, İspaniya)

Yarımmüdafiəçilər: Raul Meyreleş (“Fənərbaxça”, Türkiyə), Migel Veloso (“Dinamo”, Ukrayna), Joao Moutinyo (“Porto”), Kustodio (“Braqa”), Karlos Martins (“Benfika”), Paulo Maçado (“Olimpiakos”, Yunanıstan)

Hücumçular: Kriştianu Ronaldo (“Real”, İspaniya), Danni (“Zenit”, Rusiya), Varela (“Porto”), Vyeirinya (“Volfsburq”, Almaniya), Pizzi (“Deportivo”, İspaniya), Helder Poştiqa (“Saraqosa”, İspaniya), Uqo Almeyda (“Beşiktaş”, Türkiyə).

Qeyd edək ki, Portuqaliya millisi İsraillə Ramat-Qan şəhərində, Azərbaycan yığması ilə Bakıda qarşılaşacaq.