Portuqaliya çempionatının futbolçusu “Qarabağ”da

portuqaliya-cempionatinin-futbolcusu-qarabagda-
Oxunma sayı: 633

“Qafqazinfo”nun verdiyi məlumata görə, komanda daha bir futbolçunu transfer edib.
“Qarabağ” Portuqaliya yüksək divizionunda çıxış edən “Jil Visente”nin formasını geyinən Riçard Almeyda de Oliveyranı rənglərinə bağlayıb. Portuqaliya çempionatında 9-cu yeri tutan komandanın heyətində ötən mövsüm 29 oyuna çıxan 23 yaşlı orta sahə oyunçusu solaxaydır. Riçardla tibii müayinədən keçdikdən sonra 3 illik müqavilə imzalanıb. Braziliyalı müqavilə bağladıqdan sonra klubun rəsmi saytına danışıb: “Hara gəldiyimi çox yaxşı bilirəm. Yeni komandam haqqında ətraflı məlumatım var. Daim avrokuboklarda çıxış edir. Üstəlik, komanda gənc və ambisiyalıdır. Komandanın baş məşqçisiylə söhbət etdikdən sonra nə istədiyini yaxşı başa düşdüm. Mən komanda oyunçusuyam. Bura komandanın uğur qazanmasına yardım etmək üçün gəlmişəm. Hər zaman komanda üçün oynamağa çalışmışam. İnanıram ki, “Qarabağ”la böyük uğurlar qazanacam”.