Portuqaliya Çiliyə uduzdu - İlk finalçı bəllidir+Video

portuqaliya-ciliye-uduzdu
Oxunma sayı: 669

Konfederasiyalar kuboku-2017-də ilk finalçının adı məlum olub.

“Qafqazinfo” xəbər verir ki, yarımfinal mərhələsində son Avropa çempionu Portuqaliya yığması Çili ilə üz-üzə gəlib. Əsas və əlavə vaxtı qolsuz başa çatan oyunda penaltilərə ehtiyac duyulub. Portuqaliya millisi ilk 3 zərbəni qola çevirə bilməyib. Cənubi amerikalılar isə hər 3 penaltidən yararlanaraq finala adlayıb.
 
Qeyd edək ki, bu gün yarımfinal mərhələsinin digər görüşündə Almaniya Meksika ilə qarşılaşacaq.
 
Konfederasiyalar Kuboku-2017, yarımfinal
 
Portuqaliya – Çili - 0:0 (penaltilər - 0:3)