Portuqaliya millisi Bakıdan narazı qayıtdı

portuqaliya-millisi-bakidan-narazi-qayitdi
Oxunma sayı: 644

SalamNews xəbər verir ki, Portuqaliyanın məşhur idman nəşri olan “A Bola” dünən Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionuna Portuqaliya və Azərbaycanın himnləri oxunmazdan əvvəl gətirilən Portuqaliya bayrağının rənginin qəribə olmasına diqqət çəkib.

Qəzet yazıb: “Bayrağın rəngləri aydın deyildi. Bayrağın bir hissəsi yaşıl rəng əvəzinə ağ rəngdə idi. Əks olunan qəsrlərin təsvirləri də qeyri-aydın və tam deyildi. Onlar daha çox Çin məbədlərinə oxşayırdılar. Ancaq Azərbaycan üzərində qələbə qazanmaqla, Portuqaliya yığması yenə də öz gələcəyini parlaq rənglərə boyamış oldu.”