İspaniya lider, Portuqaliya ikinci oldu - Fotolar

ispaniya-lider-portuqaliya-ikinci-oldu
Oxunma sayı: 4566

Dünya çempionatında bu gün keçiriləcək oyunlarla B qrupunda qrup mərhələsinin oyunlarına yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, bu qrupda 3 komandanın növbəti mərhələyə adlamaq şansı var.

Portuqaliya ilə qarşılaşacaq İran qalib gələrsə, adını son 16 komanda siyahısına yazdıracaq. Heç-heçə təqdirində isə iranlılar İspaniya – Mərakeş oyununun nəticəsini gözləyəcəklər. Portuqaliyanı isə heç-heçə də növbəti mərhələyə daşıyır.

İspaniya Mərakeş oyununda isə İspanlara heç-heçə bəs edir. Məğlub olacaqları halda isə İrana növbəti mərhələ şansı yarada bilərlər.

Bu matçların nəticələrindən sonra isə ilk 1/8 final mərhələsi cütlükləri müəyyənləşəcək.

Dünya çempionatı, 2018

B qrupu

22:00. İran – Portuqaliya

22:00. İspaniya – Mərakeş

***

Matçlar başladı

***

Mərakeş İspaniya ilə oyunda hesabı açır. Butaib 15-ci dəqiqədə fərqlənir. 

***

İsko 20-ci dəqiqədə hesabı bərabərləşdirir. İspaniya - Mərakeş 1:1.

***

Kuarejma hesabı açır. 45-ci dəqiqədə fərqlənir

***

Hər iki matçda fasilə

***

İkinci hissələr başladı

***

İspaniya yenidən hesabda geri düşür. En Nesri 81-ci dəqiqədə Mərakeşin ikinci qolunu vurur. 

***

İspaniya hesabı brabərləşdirir. İaqo Aspas, 90-cı dəqiqədə fərqlənir. 

***

İran Portuqaliya ilə oyunda hesabı bərabərləşdirir. Ansarifard, 90+2-də qol vurur. 

***

Matçlar başa çatdı