Portuqaliyada avtobus qəzasına görə matəm elan edildi

portuqaliyada-avtobus-qezasina-gore-matem-elan-edildi
Oxunma sayı: 703

Portuqaliyanın Madeyra adasında turistləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində ölənlərin sayı 29-a çatıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, ölənlərdən 11-i kişi və 18-si qadındır.

Sürücüsü və turistlərin bələdçisi isə yaralanıb.

Portuqaliya prezidenti Marselo Rebelo de Sousanın qəzadan sonra hadisə yerinə gedib.

Ölkənin Nazirlər Şurası çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə üç günlük matəm elan edib.