Portuqaliyada güclü yanğın - 35 ölü, 56 yaralı + Fotolar

portuqaliyada-guclu-yangin
Oxunma sayı: 789

Portuqaliyanın mərkəz və şimal bölgələrindəki meşələrdə bir neçə gündür güclü yanğın davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğının yaşayış məntəqələrinə keçməsi səbəbindən ölən və yaralananlar var.

Məlumata görə, fəlakət nəticəsində 35 nəfər ölüb, 56 nəfər yaralanıb. Yaralılardan 16 nəfərin vəziyyəti ağırdır. Ölənlər arasında 1 aylıq körpə də var.

Hazırda yanğın 50-dən çox ərazidə davam edir.

6 mindən çox insan yanğını söndürmək üçün çalışır. İtaliya yardım üçün 2 helikopter göndərib.