“Postsovet dövrünün 20 ili Azərbaycan və macar gənclərinin gözü ilə”

postsovet-dovrunun-20-ili-azerbaycan-ve-macar-genclerinin-gozu-ile
Oxunma sayı: 633

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, Macarıstan Parlamentində təmsil olunmuş Fides, Sosialist və Yobbik partiyalarının gənclər təşkilatlarının təmsilçiləri, Macarıstanda təhsil alan azərbaycanlı tələbələr, həmçinin macar tələbələr iştirak ediblər.
Səfir Vilayət Quliyev 18 oktyabr tarixində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinin qeyd olunduğunu bildirib, ölkənin inkişafı, stabil və dinamik inkişaf edən dövlət quruculuğu yolunda Azərbaycanın əldə etdiyi nailiyyətlər, beynəlxalq aləmdə qazanılmış uğurlar haqda ətraflı danışıb.

Səfirliyin müşaviri Anar İmanov regional təhlükəsizlik məsələlərinə toxunaraq, Dağlıq Qarabağ münaqişəsi və münaqişənin həlli istiqamətində Azərbaycanın beynəlxalq fəaliyyəti barədə ətraflı məlumat verib.

Daha sonra Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fərhad Hacıyev “Azərbaycan Respublikasının gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edib.

Tədbir iki ölkə gəncləri arasında fəal fikir mübadiləsi ilə davam edib.