“Pozuntu faktı ilə bağlı hər hansı müraciət daxil olmayıb”

pozuntu-fakti-ile-bagli-her-hansi-muraciet-daxil-olmayib
Oxunma sayı: 826

“Hər hansı pozuntu faktının olması ilə bağlı yerli və beynəlxalq müşahidəçilər tərəfindən Mərkəzi Seçki Komissiyasına müraciət daxil olmayıb”.

“Qafqazinfo” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov səsvermənin ilkin nəticələrinə həsr olunmuş brifinqdə deyib. O qeyd edib ki, həmçinin təmsil etdiyi qurum sosial şəbəkədə yayılan məlumatları da araşdırıb.

“Biz məlumat yayılanda onu araşdırmışdıq. O məlumat bir mənbədən qoyulmuşdu. Daha sonra bir neçə şəxs tərəfindən tirajlandı. Dərhal MSK məsələni araşdırmağa başladı. Məlumatlar həqiqətə uyğun gəlmədi. Həmin dairədə elə müşahidəçi olmayıb. Biz bununla bağlı hazırladığımız press-relizi də hətta yüngül formada yaydıq. Məqsəd ondan ibarətdir ki, bütün nüfuzlu tərəflərə məsələnin necə olduğunu çatdıraq”.
 


 Günel Türksoy