Praqa vağzalında yanğın - 600 nəfər təxliyyə olunub

praqa-vagzalinda-yangin
Oxunma sayı: 647

Çexiyanın paytaxtı Praqada yanğın hadisəsi qeydə alınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər yanğınsöndürmə xidmətinin nümayəndəsi Martin Kavka bildirib.

Məlumata əsasən, yanğın vağzalda yerləşən restoranlardan birində başlayıb. Binada olan 600-ə yaxın insan təxliyyə edilib. Yanğın söndürülüb.

Yanğının ölkə daxili və beynəlxalq reyslərə təsir etmədiyi vurğulanıb.