Premyer Liqada ilin son oyunu

premyer-liqada-ilin-son-oyunu
Oxunma sayı: 1030

Bu gün Topaz Premyer Liqasında mövsümün ilk yarısının son matçı keçiriləcək. “Qafqazinfo” xəbər verir ki, 4-cü turdan təxirə salınan oyunda “Səbail” öz meydanında “Qarabağ”la qarşılaşacaq.

Qonaqların favorit olduğu bu oyun turnir cədvəli baxımından əhəmiyyət daşımır. Çünki matça komandaların qazanacağı xal və ya xalların onların mövqelərinə təsir göstərməyəcək.Buna baxmayaraq, ağdamlılar qalib gəlməklə 2-ci pillədəki rəqibi “Qəbələ” ilə aradakı fərqi 6-ya qaldıra bilər.

19:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Vüsal Əliyev 
“Bayıl Arena”