Premyer Liqada ilk turun rəmzi komandası - Siyahı

premyer-liqada-ilk-turun-remzi-komandasi
Oxunma sayı: 1630

Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk turun rəmzi komandası müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, rəmzi komandada “Qəbələ” komandasından beş, “Neftçi” klubundan dörd, “Sabah” və “Keşlə”nin hərəsindən isə bir futbolçu yer alıb.

Rəmzi komandaya aşağıdakı futbolçular daxil olub:

Qapıçı - Səlahət Ağayev (“Neftçi”),

Müdafiəçilər - Anton Krivotsyuk (“Neftçi”), Kərim Diniyev (“Sabah”), Azər Salahlı (“Keşlə”), İlqar Qurbanov (“Qəbələ”),

Yarımmüdafiəçilər - Təmkin Xəlilzadə, Sabien Lilay, Lalavele Atakora (hamısı “Qəbələ”), Emin Mahmudov (“Neftçi”),

Hücumçular - Ceyms Adeniyi (“Qəbələ”), Mirabdulla Abbasov (“Neftçi”).