Premyer Liqanın 2-ci turunun “Ən”ləri - Video

premyer-liqanin-2-ci-turunun-enleri
Oxunma sayı: 641

Topaz Premyer Liqasının 2017/18 mövsümündə 2-ci tur geridə qaldı. “Qafqazinfo” xəbər verir ki, Tur ərzində qapılara 6 qol vuruldu. 3 görüşdə qonaqlar, digər birində isə qonaq komanda sevindi. Geridə qalan turda da heç-heçə qeydə alınmadı. Ənənəvi olaraq, turun "ən yaxşılar"ını təqdim edirik:

- Turun ən yaxşı qolunu debütant "Səbail"in yarımmüdafiəçisi Elman Taqayev vurub. Onun "Neftçi"nin qapısına vurduğu top rəqib baş məşqçi Elxan Abdullayevin də "sonunu gətirdi". 

- Turun ən yaxşı seyvinin müəllifi "Qarabağ"ın yeni transferi Kanbalotskidir. O, bu mübarizədə "Səbail"li Emil Balayevi qabaqlayır. Son dəqiqə seyvi, mərkəzi görüş amilləri "köhlən at"ı önə keçirir. 

- Turun driblinqini "Qəbələ"də izlədik. Monroz daha çox futbolçu keçidinə görə bu nominasiyada turun ən yaxşısı Əfranı geridə qoydu.

- Turun qapıçısı, şübhəsiz ki, Dmitri Bezotosnıdır. O, üç seyvlə komandasının qələbəsində əsas pay sahibidir. Qeyd edək ki, "Qəbələ" həmin matçda cəmi 1 dəfə qapıya düşə bilmişdi. Başqa sözlə, Dima qol buraxacağı halda, matçın taleyi başqa cür də ola bilərdi. 


- Turun ən yaxşı qol ötürməsi Almeydanın aktivindədir. O, meydana daxil olan kimi matçın gedişatını dəyişdi və möhtəşəm paraşütlə komandasına mərkəzi görüşdə qələbə qazandıran qolda pay sahibi oldu.

- Turun fərdi reydini Təmkin Xəlilzadə etdi. Yevlax şəhər stadionunun bərbad qazonunda meydanın yarısını qət edən və üç driblinq nümayiş etdirən Xəlilzadə qolu da vurmaqla həftənin ən yaxşılarına namizəd oldu. 

- Turun ən yaxşı futbolçusu nominasiyasında Əfran İsmayılovu n rəqibi çox deyil. Əksər TPL "ulduzları" parlaq oyun nümayiş etdirməsələr də, İsmayılov bu mənada fərqləndi. Beləliklə, 2-ci turun ən yaxşısı Əfran İsmayılovdur. Üç gözəl reyd və mərkəzi görüşdə komandasına qələbə qazandıran qola görə... 

- Bu həftədən etibarən, turun “11-liy”ini də təqdim edirik: Dmitri Bezotosnı, Tellur Mütəllimov, Yohan Krneta, Edqaras, Zarskis, Ürfan Abbasov, Viktor İqbekoyi, Rahid Əmirquliyev, Riçard Almeyda, Təmkin Xəlilzadə, Əfran İsmayılov, Elman Taqayev 

Hazırladı: Elvin Cəbizadə