Premyer Liqanın açılış matçında 7 qol - Video

Premyer Liqanın açılış matçında 7 qol
Oxunma sayı: 1509

İngiltərə çempionatının növbəti mövsümünə “Arsenal” – “Lester” matçı ilə start verilib.

“Qafqazinfo” xəbər verir ki, başdan sonra qədər gərgin keçən matçda azarkeşlər 7 qol izləyiblər.

“Arsenal” erkən qolla hesabı açsa da, sonradan 2 dəfə geriyə düşüb. 83-cü dəqiqədə hesabda 2:3 geridə olan ev sahibi ümidsizliyə qapıldığı anda meydanda maraqlı hadisələr cərəyan edib. Belə ki, “Arsenal” 2 dəqiqəyə 2 qol vuraraq hesabda önə keçib və 4:3 hesabı ilə əzmkar qələbə qazanıb.

Qeyd edək ki, 1-ci turun digər oyunlar 12 və 13 avqustda keçiriləcək.

“Arsenal” – “Lester”  -  4:3

2 – Lakazet (1:0)

5 – Okazaki (1:1)

29 – Ceymi Vardi (1:2)

45+2 – Uelbek (2:2)

56 - Ceymi Vardi (2:3)

83 – Ramsey (3:3)

85 – Jiru (4:3)


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi