Premyer Liqanın I turundan təxirə salınmış oyun keçiriləcək

premyer-liqanin-i-turundan-texire-salinmis-oyun-kecirilecek
Oxunma sayı: 638

Hazırda aktivində 17 xal olan Ağdam klubu turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Rəqibindən bir xal geri qalan “ağ-qaralar” isə 4 sırada yer alıb.

Bu görüş hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır. Çünki qalib tərəf lider “Xəzər Lənkəran”a yaxşınlaşacağı halda, məğlub olan komanda vəziyyətini bir qədər çətinləşdirəcək.

Premyer Liqanın I turundan təxirə salınmış oyunu

25 oktyabr (çərşənbə axşamı)

15:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rövşən Əhmədov, Elman Musayev, İlham Əliyev, Əliyar Ağayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Xaqani Məmmədov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.