Premyer-liqanın qapıçıları rekorda doğru irəliləyir

premyer-liqanin-qapicilari-rekorda-dogru-irelileyir
Oxunma sayı: 653

“Qafqazinfo”nun PFL-in saytına istinadən verdiyi xəbərə görə, 2011-ci il noyabrın 26-da XIV turun “Neftçi”ylə görüşündə 1:2 hesabı ilə uduzduqdan sonra qapısından qol buraxmayan ağdamlılar XX turun “Bakı” ilə qarşılaşmasında seriyasını beşə çatdırıb. Serbiyalı qapıçı Boyan Pavloviçi sonuncu dəfə “Neftçi”nin braziliyalı legioneri Flavinyo məyus edib. Onun 83 gün əvvəlki matçın 88-ci dəqiqəsində vurduğu qoldan sonra serbiyalı qapıçı 452 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır.

Digər legioner qapıçı – “Qəbələ”nin latviyalı futbolçusu Pavel Doroşev də artıq 400 quru dəqiqə səddini arxada qoyub. O, sonuncu dəfə XV turun ötən il dekabrın 4-də keçirilən “Sumqayıt”la oyununda qapısından qol buraxmışdı. Həmin matçın 39-cu dəqiqəsində qol sevincini Samir Abasov yaşamışdı. “Sumqayıt”la oyundan sonra dörd matçda qapısını toxunulmaz saxlayan Doroşev “Simurq”la səfər oyununda quru seriyanı 411 dəqiqəyə çatdırdı.
Xatırladaq ki, qapıçılar Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən tərtib olunan siyahıya düşmək üçün 660 dəqiqəlik seriyaya malik olmalıdırlar.