Premyer Liqanın rəhbəri xanım olacaq - Foto

premyer-liqanin-rehberi-xanim-olacaq
Oxunma sayı: 1730

Futbol üzrə İngiltərə Premyer Liqasının yeni rəhbəri müəyyənləşib.

"Qafqazinfo" xəbər verir ki, bundan sonra İngiltərə çempionatını təşkil edən quruma “Animal Planet” kanalının qadın prezidenti Suzanna Dinneyc rəhbərlik edəcək.

Bu barədə liqanın rəsmi saytı məlumat yayıb.

Dinneyc yeni işinə 2019-cu ilin əvvəlində başlayacaq. O, bu vəzifədə indiki prezident Riçard Skudamoru əvəzləyəcək.

Liqa tarixinin ikinci rəhbəri olan Skudamor 1999-cu ildən bu vəzifədə çalışırdı. 1992-ci ildə qurulan Premyer Liqanın ilk rəhbəri isə Rik Perri olub.