Premyer Liqanın yayım hüququ 5 milyard avroya satıldı

premyer-liqanin-yayim-huququ-5-milyard-avroya-satildi
Oxunma sayı: 1462

İngiltərə Premyer Liqasının 2019-2022-ci illər aralığındakı oyunlarının yayım hüquqlarının böyük bir qismi bütövlükdə 5 milyard avro qarşılığında iki kanala satılıb.

“Qafqazinf” xəbər verir ki, 2019-2022-ci illər aralığındakı mövsümlərdə baş tutacaq yayım hüququ 7 paket formasında hərraca çıxarılıb. “Sky Sports” və “BT Sport” kanalları 7 paketdən 5-ni alıb. “Sky Sports” 4, “BT Spotrs” isə 1 paketə sahib olub.

Adları çəkilən kanallar “Amazon”, “Facebook”, “Twitter” və “Netflix” kimi ünlü şirkətləri yarışda qabaqlamağı bacarıb.
 
Digər iki paketin satışı isə sonra təşkil olunacaq. Hələlik, həmin hərracların tarixi açıqlanmır.