Prezident 3-cü binanın təməlini qoydu

prezident-3-cu-binanin-temelini-qoydu
Oxunma sayı: 772

Prezident İlham Əliyev mənzil alan media nümayəndələri ilə görüşdən sonra jurnalistlər üçün inşa ediləcək üçüncü yaşayış binasının təməlini qoyub.

"Qafqazinfo" xəbər verir ki, dövlət başçısı binanın texniki-iqtisadi göstəricilərini əks etdirən stendə baxıb.

Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən inşa ediləcək bu binada da 255 mənzil olacaq. Beləliklə, 2010-2017-ci illərdə tikilib istifadəyə verilmiş iki və hazırda təməli qoyulan üçüncü binada mənzillərin ümumi sayı 665-ə çatacaq.