Prezident 3 milyon manat ayırdı - Yeni yol tikiləcək

prezident-3-milyon-manat-ayirdi
Oxunma sayı: 3106

Prezident İlham Əliyev iyunun 4-də “Yevlax rayonunun Mingəçevir–Stansiya Mingəçevir-Bəhrəmtəpə (36 km)-Qoyunbinəsi-Hacımahmudlu-Nurallar-Qaramanlı-Nəmirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, 7 min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Vəsait Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş hissədən təmin ediləcək.