Prezident ABŞ dövlət katibini boş otaqda gözlətdi - Su belə vermədi...

Prezident ABŞ dövlət katibini boş otaqda gözlətdi
Oxunma sayı: 3803

Livanda səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla bağlı maraqlı olay yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Livan prezidenti Mişel Aun ilə görüşü planlaşdırılan Tillerson boş otaqda xeyli gözləməli olub. Prezident sarayına heç kim tərəfindən qarşılanmadan daxil olan ABŞ rəsmisinin otaqda gözlədiyi həmin anlar televiziyalar vasitəsilə canlı olaraq yayımlanıb. 

Bundan başqa, boş kreslo tərəfə su dolu stəkan qoyulduğu halda, Tillersona su verilməməsi də diqqətdən qaçmayıb. 

Prezidentin sözçüsü Refik Çlela isə bildirib ki, diplomatik protokola uyğunsuz durum yoxdur. Belə ki, ABŞ rəsmisi planlaşdırılandan tez gəlib, lakin görüş vaxtında baş tutub. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi