Prezident ad günündə Sumqayıta getdi

prezident-ad-gununde-sumqayita-getdi
Oxunma sayı: 639

SalamNews-un xəbərinə görə, dövlət başçısı Heydər Əliyevin abidəsini ziyarət edib, Sumqayıtda əlillər və şəhid ailələri üçün inşa olunmuş 96 mənzilli yaşayış binasının açılış mərasiminə qatılıb, şəhərin abadlaşdırılması istiqamətində aparılan işlərlə yaxından tanış olub.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər burada sosial-iqtisadi inkişaf istiqamətində görülən işlərlə bağlı məlumat verib.

Qeyd edək ki, Prezident İlham Əliyevin ad günü ilə əlaqədar Sumqayıtda hazırlanan builki tortun uzunluğu 51 metrdir. Tortun çəkisi isə 11 tondur.